Sabirabad rayon sakini intihar edib.

“Report”un Mil-Muğan bürosu xəbər veri ki, hadisə rayonun Qaratəpə kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini, 1954-cü il təvəllüdlü Aydın Tağıyev özünü yaşadığı evdə asaraq intihar edib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırmalara başlanılıb.