Sabirabad rayonunda 32 yaşlı kişi intihar edib.

Minval.İnfo Report-a istinadən bildirir ki, hadisə rayonun Qaratoğay kəndində baş verib.

Belə ki, həmin kəndin sakini,1986-cı il təvəllüdlü Rəşad Əflatun oğlu Mürsəlov yaşadığı evdən 200 metr aralıda, pay torpağında özünü ağacdan asaraq intihar edib. R.Mürsəlovun hansı səbəbdən İntihar etməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.