17 aprel 2018-ci il tarixində 00:00-dan başlayaraq 12 saat müddətində H. Əliyev küçəsi, Tbilisi və Moskva prospektində yerləşən mənzil və obyektlərə içməli suyun verilişində məhdudiyyətlər olacaq.

Minval.İnfo “Azərsu” ASC-ə istinadən xəbər verir ki, içməli suyun verilişində məhdudiyyətə səbəb magistral kəmərlərdə aparılan yenidənqurma işləridir.