Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili vətənə dönmək niyyətindədir.

Oxu.Az “İnterfaks”a istinadla xəbər verir ki, bu barədə onun həyat yoldaşı Sandra Rulofs şənbə günü bildirib.

“Noyabrın 17-də ailə həyatı qurduğumuz gündən 25 il ötür və biz bu yubileyi Zuqdididə qeyd etmək istəyirik”, – S.Rulofs deyib.

Onun sözlərinə əsasən, Gürcüstanda bir çoxları Saakaşvilinin yenidən vətənə qayıtmasını gözləyir.

Qeyd edək ki, Gürcüstanda Mixail Saakaşvili barəsində bir neçə cinayət işi açılıb. Rəsmi Tbilisi daha öncə dəfələrlə bəyan edib ki, Saakaşvili vətənə qayıdacağı təqdirdə dərhal həbs olunacaq.

Minval.İnfo