Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Muhammad bin Salman gələn həftə futbol üzrə Dünya Kubokunun açılışınıda iştirak etmək üçün Rusiyaya səfər edəcək. Bu məlumatı Rusiaynın xəbər agentlikləri yayıblar.

Interfax agentliyi iyunun 8-də Kremlin sözçüsü Dmitry Peskova istinadən bildirir ki, şahzadənin prezident Putinlə görüşü ehtimal olunur.

Səudiyyə Ərəbistanı və Rusiya yığmaları Dünya Kuboku çempionatında iyunun 14-də qarşılaşacaqlar.

Moskva və Riyad neft qiymətlərinin qaldırılması üçün hasilatın ixtisarı barədə imzalanmış razılaşmanın əsas imza sahibləridirlər.