Jurnalist Camal Xaşoginin öldürülməsi ilə əlaqədar Səudiyyə Ərəbistanının 18 vəzifəli şəxsinin Almaniyaya səfəri qadağan edilib. Türkiyə mətbuatı yazır ki, bu barədə Almaniyanın xarici işlər naziri Hayko Maas məlumat verib.

Bir müddət əvvəl Almaniyanın Kansleri Angela Merkel indiki şəraitdə Səudiyyə Ərəbistanına silah ixrac etmələrinin mümkün olmadığını bildirmişdi.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında C.Xaşogi cinayət işini aparan prokuror qətllə bağlı ittiham olunan 11 şübhəlidən 5-nin edam olunmasını istəyib.