Səudiyyə Ərəbistanında qadınlar bu gündən avtomobil idarə etməyə başlayıblar.

Minval.info xəbər verir ki, qadınlara maşın sürməyin qadağan edildiyi dünyanın yeganə ölkəsində bununla bağlı qanun qüvvəyə minib. Dini səbəblərə görə qoyulmuş qadağa aradan qalxdıqdan sonra qadınlar öz avtomobillərində küçələrdə görünməyə başlayıb. Qadınların avtomobil idarə etməsinə kral Salman bin Əbdüləzizin ötən ilin sentyabrında imzaladığı və iyunun 24-də qüvvəyə minən qanundan sonra icazə verilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında qadınlar maşın sürmək uğrunda 1990-cı ildən mübarizə aparır.