Türkiyədə itkin düşən ərəb əsilli jurnalist Camal Kaşıkçının meyiti tapılıb.

BakuPost Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə məlumatı siyasətçi Doğu Perinçek verib. O, bildirib ki, Kaşıkçının meyiti konsulluqdakı quyunun içindən çıxarılıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Kaçıkçının öldürülməsini etiraf etsə də onun meyidinin aqibəti haqqında heç bir məlumat vermirdi.