Cənubi Afrikada sərnişin təyyarənin qəzaya düşməsini lentə aldı

Cənubi Afrikada sərnişin təyyarəsi qəzaya uğrayıb.

“Ölkə.Az” xəbər verir ki, sərnişinlərdən biri qəzanı lentə alıb. Lentə alan şəxs sol cərgədə oturub. O, mühərriki od tutan laynerin enişini lentə almağı bacarıb.

“Hər şey getdikcə pisləşir. Çox pisdir”, – deyə kişi kadr arxasında deyir.

Sonra isə ekran qaralır, zərbə səsi gəlir və tüstülənən salon görünür. Sərnişinlər təxliyə edilir.

Qeyd edək ki, insident Pretoriya yaxınlığında baş verib. Nəticədə 2 nəfər həlak olub, 20 nəfər xəsarət alıb.