Səhər saatlarından Bakıda yağan leysan nəticəsində bir neçə küçəni su basıb.

Minval.İnfo xəbər verir ki, yağışdan sonra paytaxtın mərkəzi küçələri suyun altında qalıb. Kanalizasiya sisteminin bərbad halda olması Bakını yağış zamanı iflic hala salıb.

Bu gün səhər saatlarında yağan yağışdan sonra hər yerdən bənzər videolar yayılır. Küçələr su altında qalıb, metrostansiyanı su basıb və s. Bu videolardan biri də marşrut avtobusu ilə bağlıdır.

Belə ki, yağış sularının axması üçün heç bir sistem normal işləmir. Buna görə də küçələrdə suyun hündürlüyü həddən artıq çoxdur. Bu da içi sərnişin dolu marşrut avtobusunun salonuna suyun dolmasına səbəb olub.

Həmin görüntüləri təqdim edirik:

Minval.İnfo