Şəmkir rayonunda ağır yol qəzası baş verib.

Minval.İnfo “Report”a istinadən məlumatına görə, hadisə rayonun Yeniabad kəndi ərazisində qeydə alınıb.

Belə ki, Şəmkir rayon sakini, 1997-ci il təvəllüdlü Nüsrət Rzazadənin idarə etdiyi “Mercedes-Benz” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Nəticədə avtomobildə olan sərnişin, 1986-cı il təvəllüdlü Raul İsazadə hadisə yerində ölüb.

N.Rzazadə isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.