Bakı-Qazax avtomobil yolunda yol qəzası baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, “Opel” markalı avtomobil Bakı şəhərindən Gürcüstan istiqamətinə hərəkətdə olarkən Şəmkir rayonda yerləşən “Tır parkı” deyilən ərazinin yaxınlığında qəzaya uğrayıb.

Hadisə nəticəsində, 1 yaş 8 aylıq Nuray Cavid qızı Məmmədova ölüb.

Həmçinin Gürcüstan Respublikası, Marnueli rayon sakini, Kərimova Aidə Əli qızı (1985-ci il təvəllüdlü), Bakı şəhər, Sabunçu rayonu, Zabrat qəsəbə sakini, Kərimova Dizbəst (1962-ci il təvəllüdlü) və Məmmədov Cavid Hiday oğlu (1977-ci il təvəllüdlü) xəsarət alıblar. Hər üç yaralının vəziyyətinin orta-ağır, daha iki yaralının vəziyyətinin isə normal olduğu bildirilir.

Ölən və yaralananlar bir ailənin üzvüdürlər. İlkin ehtimallara görə, qəzaya sürücünün sükan arxasında yuxulaması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.