Şəkidə oğurluq edən azyaşlılar tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən yanvarın 10-da şəhər sakini G.Əyyubovanın çantasından 5000 manatı oğurlamaqda şübhəli bilinən 2 azyaşlı saxlanılıb.