Bakının Binəqədi rayonu, “Elit” Ticarət Mərkəzi yaxınlığında yerləşən kafedə baş verən partlayış nəticəsində yaralanan iki nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova deyib.

S.Əhmədovanın sözlərinə görə, biri qadın, digəri isə orta yaşlı kişi olan yaralılar müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Yaralılar Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Hadisə nəticəsində dünyasını dəyişən iki nəfərin şəxsiyyəti hazırda müəyyənləşdirilir. Onlardan biri qadın, digəri kişidir.

Minval.info