Səhiyyə Nazirliyi dünyasını dəyişən idmançı Xamis Məmmədovla bağlı məlumat yayıb.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, 24.01.2019-cu il tarixində idmançı Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına kəskin pnevmoniya ilə ağır vəziyyətdə gətirilib:

“Aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq Xamis Məmmədov 26.01.2019-cu il tarixində dünyasını dəyişib. Yaxınları meyidin tibbi ekspertizaya göndərilməsinə qəti etiraz ediblər. Bu səbəbdən yalnız ilkin rəyə əsasən xəstəyə ağciyərlərin tromboemboliyası diaqnozu qoyulub”.

O, bu gün dəfn ediləcək.