Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.

Minval.info xəbər verir ki, Ağstafa rayonun Qıraq Kəsəmən kəndindən olan Adil Tatarov dörd bacının bir qardaşı idi.

19 yaşlı oğlunun şəhid xəbəri ilə sarsılan Əli Tatarovun ürəkparçalayan fotosu yayılıb.

Həmin fotonu təqdim edirik:

Allah şəhidimizə rəhmət eləsin!