Ä°lgili resimBir neçə saat öncə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anasının vəfat etməsi ilə bağlı xəbərlər yayıldı.

Minval.info xəbər verir ki, onun anası Şamama İbrahimovanın bu gün səhər saatlarında yaşadığı Biləsuvar rayonunda həyatını itirdiyi bildirilirdi.

Lakin bu məlumatın yalan olduğu məlum olub.

Belə ki, yaxınları tərəfindən Şamama xanımın ölüm xəbəri təkzib edilib.

Qeyd edək ki, Milli Qəhrəman Mübariz İbrahimovun anasının vəfatı barədə məlumatı publika.az saytı yaymışdı.