Şəhərdən kənarda yerləşən fermaya girdilər və...

Türkiyədə dəhşətli hadisə yaşanıb.

Minval.İnfo Metbuat.az-a istinadən xəbər verir ki, İstanbul şəhər Polis Rəisi Mustafa İşgüzarın göstərişilə Uşaq Şöbə İdarəsi nəzdində yaradılan xüsusi briqada, yurddan qaçan qızları izləməyə alıb. Kəşfiyyat işi aparan polis, qızlardan bəzilərinin bir heyvan təsərrüfatında tutulduğunu müəyyən edib. Təqibə alınan Ataşehir Kayışdağındakı fermada əməliyyat keçirilib. Polis briqadaları, boş ərazidə daxmalardan və heyvanların saxlanıldığı tikililərdən ibarət olan fermaya bağçadakı 3 pitbull və 1 kangal cinsi iti zərəsizləşdirərək girib.
Əməliyyat nəticəsində balaca qızların fermada zorla saxlanıldığını və istismara məruz qaldığını sübut edən video görüntülər tapılıb.

Fermaya daha əvvəl gətirildiyi qeyd edilən 4 qızın silah gücünə cinsi istismara məruz qaldığı, bir-biri ilə əlaqəyə çəkdiyi görüntülərin olduğu CD-lər ilə 2 tapança və 180 güllə hadisə yerindən götürülüb.