Bu gün Bakı metrosunda sərnişinlər çaşqınlıq yaşayıblar.

Minval.info xəbər verir ki, metronun “Həzi Aslanov” xəttindən qatarlar ancaq “Dərnəgül” istiqamətinə hərəkət edib.

“Səhər saat 7 və 8 radələrində metronun “Həzi Aslanov” xətti istiqamətindən təkcə “Dərnəgül” istiqamətinə hərəkət var. “İçərişəhər” istiqamətinə qatar işləmir. Artıq 5-6 qatar buraxmışıq. Hamısı “Dərnəgül”ə gedir”, – deyə bildiriblər.

Məsələ ilə bağlı Bakı Metropoliteni ilə əlaqə saxladıq. Qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov baku.ws-ə açıqlamasında bildirdi ki, bu qatarların hərəkətinin tənzimlənməsilə əlaqədardır.

“Səhər saatlarında “Həzi Aslanov” stansiyası istiqamətindən təkcə “Dərnəgül” istiqamətinə qatarlar gedir. “İçərişəhər” stansiyasına getmək istəyənlər isə “Nərimanov” stansiyasında düşməlidirlər. “Bakmil” stansiyasından gələn qatarlar “İçərişəhər”ə hərəkət edir. Sonrakı saatlarda isə bu qrafik tənzimlənir”, – deyə qurum rəsmisi bildirib.

Qeyd edək ki, yay qrafiki ilə əlaqədar bu problem davam edəcək.

 

Minval.info