ATV yeni “Sevgi naminə” adlı serialın çəkilişlərinə başlayır.

Minval.İnfo xəbər verir ki, rejissorluğunu Samir Qulamovun etdiyi ekran işində əməkdar artist Anar Heybətov, Rüfət Nəzər, Aysel Nazim və başqaları rol alıb. Aysel yeni işi haqqında təəssüratlarını bölüşüb:

“Çox güclü və peşəkar komandamız var. Gecə-gündüz çalışırıq. Bəzən səhərə qədər yatmırıq, çəkilişlərə davam edirik. Tamaşaçıları sevgi dolu bir serial gözləyir. Burada romantika da, gülüş də var. İnanıram ki, tamaşaçıların sevgisini qazanacaq və reytinqlərdə birinci olacaq”.

Qeyd edək ki, serial oktyabr ayından efirə gedəcək.