Xanəndə Səbinə Ərəbli çantasından oğurluq edilməsinin videosunu paylaşıb.

“Dərgi.az”ın məlumatına görə, görüntüdə oğurluq edən şəxs əvvəlcə ətrafa göz gəzdirir, vəziyyətin “stabil” olduğunu görüncə, çantadakı pul kisəsini götürərək aradan çıxır.

Qeyd edək ki, hadisə  Nərimanovda ticarət mərkəzlərindən birində baş verib və artıq polis sənətçinin pul kisəsini oğurlayan, əvvəllər məhkum olunmuş Şəfa İsmayılovu saxlayıb.