Rusiyanın xarici işlər nazirliyindən Qarabağla bağlı BƏYANAT

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirilən mətbuat konfransında Qarabağ münaqişəsi barədə açıqlama verib.

“Ölkə.Az” xəbər verir ki, Zaxarovanın sözlərinə əsasən, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın mövqeyi dəyişməz olaraq qalıb.

“Biz təbii ki, deyilənləri, Qarabağ probleminin nizamlanması ilə bağlı səsləndirilən bəyanatları, Ermənistanda və Azərbaycanda atılan addımları analiz edirik. Mən xatırlatmaq istəyirəm ki, Rusiyanın mövqeyi bu məsələdə dəyişməz olaraq qalıb”, – deyə Zaxarova bildirib.

Rus diplomat qeyd edib ki, Rusiya Minsk qrupunun həmsədri kimi tərəflərə vasitəçilikdə kömək etmək, kompromis əldə etmək üçün lazım olan addımları atmağa hazırdır.