Rusiya radiolarından birinin aparıcısı Rusiya milli yığmasının Dünya çempionatında 4/1 mərhələsinə keçməsi şərəfinə qadın paltarı geyinib.

Minval.info xəbər verir ki, aparıcı Aleksandr Sofronov Rusiya-İspaniya matçı öncəsi “Əgər komandamız udarsa, qadın paltarı geyinəcəyəm” – deyə, söz verib. İspaniyanın 4-3 məğlubiyyətindən sonra Sofronov verdiyi vədə əməl edib.

“İnstaqram”-da qadın paltarı ilə şəklini paylaşan aparıcı “Xorvatiyanı udmağımız üçün nə söz verim, görəsən?” yazıb.

Minval.info