Rusiyanın “Ural Hava Yolları”na məxsus, Moskva-Simferopol reysi ilə uçan A-321 təyyarəsi Jukovski hava limanının ərazisinə qəza enişi edib. 

Federal Hava Nəqliyyatı Agentliyindən verilən məlumata görə, təyyarə uçuşa başlayandan az sonra mühərrikinə quşlar daxil olub.

Pilotlar təyyarəni ən yaxın əraziyə endirmək qərarına gəliblər.

Təyyarənin göyərtəsində 7 ekipaj üzvü olmaqla 234 nəfər olub. Onların hamısı təxliyə edilib.

Təcili yardımdan TASS-a bildirilib ki, hadisə nəticəsində 9 uşaq olmaqla, 23 nəfər xəsarət alıb.