Dünən Rusiyanın Novosibirsk şəhərinin “Aura” ticarət mərkəzində qəribə toy məclisi baş tutub.

Minval.İnfo virtualaz.org -a istinadən xəbər verir ki, 11 yaşlı qaraçı oğlan 14 yaşlı sevgilisi ilə ailə qurub.

Sosial şəbəkə istifadəçiləri toy mərasimi barədə xəbərə fərqli reaksiya veriblər.

“Bəyin 11, gəlinin 14 yaşı var. Özümü çox qoca hiss etdim”, – istifadəçilərdən biri yazır.

“Dövlət idarələri hara baxır? Nə olsun ənənələri belədir? Mən şokdayam… Bu uşaqlar intim həyata başlayacaqlar?” – digər istifadəçi hiddətini gizlədə bilmir.

Qeyd edək ki, Rusiya qanunvericiliyinə əsasən, nikaha daxil olmaq üçün 18 yaşın tamam olması mütləq şərtdir. Bu yaş həddi xüsusi hallarda 16 yaşa endirilə bilər.