Güclü yağışlardan sonra Rusiyanın kurort şəhərləri sayılan Soçi və Alder suyun altında qalıb.

Minval.info Oxu.Az-a istinadən xəbər verir ki, bir gün ərzində Soçiyə aylıq norma həcmində yağış düşüb.

Yağış suları bir çox küçələrdə nəqliyyatın hərəkətini iflic edib.

FİFA bildirib ki, əlverişsiz hava şəraiti Xorvatiya komandasının məşq edəcəyi yerin dəyişməsinə səbəb olub. Başqa dəyişikliklər yoxdur.

Hidrometeoroloqlar yağmurlu havanın bu gün də davam edəcəyini bildiriblər.

Xatırladaq ki, bu gün Soçidə futbol üzrə dünya çempionatının ¼ final mərhələsi çərçivəsində Rusiya və Xorvatiya komandaları görüşəcək.