Rusiyanın MiQ-31 Hərbi Hava Qüvvələrinin ekipajı “Xəncər” yüksək dəqiqlikli aviasiya raket kompleksinin praktiki tədris-döyüş sınağını yerinə yetirib. Raket poliqonda verilmiş hədəfi uğurla vurub.

Oxu.Az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Qırıcının uçuşu cənub hərbi hissədəki aerodromda həyata keçirilib”, – deyə hərbi qurumdan məlumat verilib.

Minval.İnfo