Dünya Çempionatının 1/4 mərhələsində Xorvatiya ilə qarşılaşmada mübarizəni dayandıran Rusiya yığmasının futbolçuları ilə bağlı maraqlı iddia irəli sürülüb. FaktXəbər bildirir ki, Almaniya qəzetləri rus futbolçuların dopinqdən istifadə etdiklərini yazıb.

Almaniyada dərc olunan “Süddeutsche Zeitung” qəzeti rusiyalı futbolçuların həm İspaniya, həm də Xorvatiya ilə oyunda burunlarını tez-tez silməsini dopinqlə əlaqələndirib. Nəşrin iddiasına əsasən, Rusiya yığmasının futbolçularının burunlarına amonyak turşusundan hazırlanmış xüsusi məhlul tökülüb.

Amonyak dopinq maddəsi sayılmır və istifadəsi qadağan deyil. Lakin bu maddədən istifadə edən insan daha çox nəfəs almağa təşviq edilir və qandakı oksgien axını yaxşılaşaraq bədənə üstünlük verir.

“Bild” qəzeti də Xorvatiya ilə oyunda rus futbolçuların amonyak istifadə etdiyini, bəzi oyunçuların daima burnunu silməsini şübhəli fakt kimi qələmə verib.

Minval.info