Sabah Rusiya hökuməti baş nazir Dmitri Medvedyevin rəhbərliyi ilə istefaya gedəcək.

Minval.info saytı axar.az-a istinadən xəbər verir ki, prezident Vladimir Putinin inaqurasiya mərasimindən sonra baş nazir postuna namizədin adı açıqlanacaq.

8 mayda isə təyinat Dövlət Dumasında müzakirəyə çıxarılacaq.

İnauqurasiyadan sonra Putin baş nazirin adının açıqlanacağı fərman imzalayacaq. İstefa baş nazir, onun müavinləri və federal nazirləri əhatə edəcək.