Rusiyanın Qara dənizi və Krım hərbi dəniz donanmasının qüvvələri ölkədə futbol üzrə dünya çempionatının keçirilməsi fonunda hərbi hazır vəziyyətə gətirilib.

Oxu.Az xəbər verir ki, bu haqda “Reuters” Rusiyadan olan hərbi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, dünya çempionatı ərzində Ukrayna tərəfindən təxribatın törədiləcəyini gözlənilir. Belə ki, mənbə Kiyevin turnir ərəfəsində Azov dənizi və Qara dənizdə hərbi iştirakını artırdığını iddia edir.

Ukrayna hökuməti qeyd olunan su hövzələrinə əlavə hərbi gəmilər səfərbər edib, həmçinin sahil mühafizəsini gücləndirib, hərbi aviasiyanın bölgədəki uçuşlarını artırıb.

Mənbə Rusiya hərbi donanmasının yüksək hərbi hazırlıq vəziyyətinin iyulun 31-ə kimi qüvvədə olacağını söyləyib.

Minval.İnfo