Rusdilli azərbaycanlılara ölüm arzulayan ARB əməkdaşı işdən qovulduARB TV-nin bölgə müxbiri Əlibəy Zeynallı “Facebook” sosial şəbəkəsində status yazaraq rusdilli azərbaycanlılara ölüm arzulayıb.

“Minval.info” xəbər verir ki, sonradan jurnalist statusu silib. Amma sosial şəbəkə istifadəçiləri skrin edərək bu barədə öz fikirlərini bildiriblər.

“ARB Media Qrup”un rəhbərliyi ARB TV-nin bölgə müxbiri Əlibəy Zeynallının “facebook” sosial şəbəkəsində yazdığı fikirlərinə təəssüflə yanaşır və bunun həm vətəndaşlıq, həm də profissional nöqteyi nəzərindən yol verilməz olduğunu düşünür.

Telekanal tərəfindən adıçəkilən müxbirin işinə xitam verilməsi barədə iş yerinə məlumat göndərilib.