Moskvadakı hərbi bazalardan birindən havaya qalxan AN-124 və İl-62 təyyarələri dünən Venesuela paytaxtı Karakasa eniş edib.

Teleqraf.com Rusiya mediasına istinadla xəbər verir ki, təyyarələrdə rus hərbçiləri olub.

Rus mətbuatının iddiasına görə, hərbçilərə Rusiya Quru Qoşunları komandanı, general Vasili Tonkoşkurov rəhbərlik edib. Digər bir iddiaya əsasən Moskvadan Karakasa gedən rus hərbçilərini Venesuela Müdafiə Nazirliyi adından Admiral Marianni Mata qarşılayıb.

Qeyd edək ki, bu xəbər yayıldıqdan sonra Rusiyanın bu ölkədəki səfirliyinin rəsmisi faktı təsdiq edib. Adının açıqlanmasını istəməyən rus diplomat bildirib ki, ölkəsinin əsgərləri iki dövlət arasında anlaşma çərçivəsində Venesuelaya gəlib.