İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampla BMT Baş Assambleyası çərçivəsində görüş istəyib.

Oxu.Az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli deyib.

“Şübhəsiz ki, Ruhani görüş istəyib. Lakin bu, prezident Trampdan asılıdır”, – deyə o vurğulayıb.

Sentyabrın 19-da ABŞ-ın İran üzrə xüsusi elçisi Brayan Huk bəyan edib ki, ABŞ İranla ölkənin nüvə və ballistik proqramlarını əhatə edən sazişin imzalanacağına ümid edir.