İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampa “Odla oynamamağı” məsləhət görüb.

Minval.indo oxu.az-a istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampa ölkəsinə qarşı düşmənçilik siyasətini davam etdirməkdən çəkinməyə çağırıb.

H.Ruhani bildirib ki, İranla müharibə “bütün müharibələrin anasıdır”:

“Cənab Tramp, şirin quyruğu ilə oynamayın, yoxsa buna peşman olacaqsınız. Təhdidlər İran xalqını daha da bir edir. Biz istənilən halda ABŞ-ın planlarını alt-üst edəcəyik”.