Ruhanidən Trampa sərt sözlər: “Səni Səddamın aqibəti gözləyir”İran prezidenti Həsən Ruhani ABŞ və İran münasibətlərini daha da gərginləşdirəcək açıqlamalar verib.

“Ölkə.Az” xəbər verir ki, Ruhani ABŞ və Tramın taleyinin Səddam Hüseynlə eyni olacağını bildirib.

İran prezidenti dövlət televiziyası ilə canlı yayımda xalqa səslənib. ABŞ və Donald Trampla bağlı sərt ifadələr işlədən Ruhani iki ölkə arasında gərginliyi pik həddə çatdıracaq cümlələrə imza atıb.

ABŞ-ın beynəlxalq arenada İrana tətbiq etməyə çalışdığı təzyiqlə bağlı çıxış edən Ruhani 1980-ci illərə damğa vuran İran-İraq müharibəsinə də toxunub.
İraqın devrilmiş lideri Səddam Hüseynlə Trampı müqayisə edən Ruhani deyib:

“Trampın da sonu eyni olacaq. ABŞ Səddam Hüseyinin aqibətinin eynisini yaşayacaq”.