Keçmiş rusiyalı kəşfiyyat zabiti Sergey Skripalın zəhərlənməsi ilə əlaqədar rusiyalı diplomatların ABŞ, Kanada, Ukrayna və bir sıra Aİ ölkələrindən qovulması haqqında xəbərlər fonunda rubl kəskin şəkildə ucuzlaşıb.

Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Qərb ölkələrindən rusiyalı diplomatların qovulması xəbərlərindən sonra rubl dollara nisbətdə 30 qəpik itirib.

Qeyd edək ki, “Skripal işi” ilə əlaqədar ABŞ 60, Almaniya, Fransa və Polşa hərəsinə 4, Çexiya 3, Niderland 2 rusiyalı diplomatı ölkədən qovmaq qərarına gəlib.

Minval.İnfo