“Maşın” şounun çəkiliş qrupu müğənni Roza Zərgərlinin evində qonaq olub.

Minval.İnfo xəbər verir ki, ifaçının bacısı, qızı və iki oğlu onun haqqında fikirlərini bölüşüb: Bacısı deyib ki, Rozanı qalib gözləyir.

Oğlu Corc Qafarov Rozanın həm ana, həm ata kimi güclü olduğunu deyib. Və onu qalib gözlədiyini deyib.

Qızı Bənövşə isə anasına sevgisini dilə gətirib:  “17 il öncə anam sadəcə Roza idi. İndi Roza Zərgərlidir, hamının sevimlisidir. O güclüdür. Qalib olmasa da, anamızdır. Biz onu sevirik”.

Roza övladlarını görüb, kövrəlib: “Mənim övladlarım hamısı eynidir. Onlar mənim ailəmdir. Övladlarım sevgisini açıq elan etdi. Qəhərləndim”.