Minval.info // Röya Ayxan “Cartier” zərgərlik məmulatları markasından olan bahalı boyunbağısı ilə diqqət çəkib.

Publika.az xəbər verir ki, ulduzun bəbir fiquru şəklində olan ağ qızıldan hazırlanmış məşhur boyunbağısının qiyməti 27300$, təxminən 46410 AZN-dir.

Əməkdar artistin birotaqlı ev dəyərində olan bəzək əşyası instaqram izləyiciləri arasında müzakirələrə səbəb olub. Bəziləri boyunbağının orijinal olmadığını yazsa da, müğənninin pərəstişkarları Röya Ayxanı müdafiə edərək onun saxta məhsullar taxmadığını və bu zinət əşyasının onda sırğaları ilə qolbağısının da olduğunu qeyd ediblər.