Kristiano Ronaldo hər zaman “Real Madrid” klubunun ulduzu olub. İndi isə televizyanın ulduzu olacaq. Belə bir iddia “Variety” saytı çıxış edib.

Minval.İnfo xəbər verir ki, iddiaya görə artıq Ronaldo ilə “Facebook” arasında danışıqlar aparılır. 13 seriyadan ibarət olacağı deyilən şouda Ronaldonun meydançalardan kənar həyatından da bəhs ediləcək.

Xəbərdə şounun daha öncə “Facebook”-un çəkdiyi Tom Bredinin şousuna bənzər olacağı bildrilib. Ronaldo buradan 10 milyon dollar gəlir əldə edəcək.

Qeyd edək ki, “Facebook”-un ərizəyə gətrdiyi “Tom Brady Tom vs Time” şousu 12 milyona yaxn izləyicini cəlb edərək ən çox həlirli şoulardan biri olmuşdu.

Minval.İnfo