İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldo cinsi təcavüzlə bağlı şəxsiyyətinə qarşı irəli sürülən bütün ittihamları rədd edir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Sun” qəzeti idmançının vəkilinin təqdim etdiyi bəyanata istinadən məlumat yayıb.

“Ronaldo göstərilən qanun pozuntularındakı bütün ittihamları qəti şəkildə rədd edir. Özündə guya Ronaldonun ifadələrini ehtiva edən və mətbuatda yer alan bütün sənədlər uydurmadır”, – deyə məlumatda qeyd olunur.