Portuqaliya millisinin hüçumçusu Kriştiano Ronaldo yığma komandadan gedəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, o deyib ki, hələlik millidəki gələcəyini müzakirə etməyə hazır deyil:

“İndi yığmadakı gələcəyim haqda danışmaq vaxtı deyil. Əminəm ki, Portuqaliya millisi əla oyunçular, birlik və qazanma istəyi ilə dünyanın ən yaxşılarından biri olacaq”.

Qeyd edək ki, dünən DÇ-2018-in 1/8 final mərhələsində Uruqvaya 1:2 hesabı ilə uduzan Portuqaliya mundialla vidalaşıb.