“Yuventus”un futbolçusu Kriştiano Ronaldo maraqlı açıqlamalar verib.

Fanat.Az xəbər verir ki, İspaniyada yayımlanan ICON dərgisinə danışan portuqaliyalı ulduz Barselona şəhəri ilə bağlı sualı cavablandırıb.

“Real”ın sabiq ulduzu “Karyeranı bitirdikdən sonra Barselonda yaşamaq istəyərsən” sualına belə cavb verib: “Barselonada yaşamaq? (gülür). Barselona mənə uyğun şəhər deyil. Ora bundan əvvəl istirahət üçün bir və ya iki dəfə getdim. Şəhər sakinlərinin məni sevmədiyini hiss etdim. Ancaq bu normal idi. Çünki biz rəqib idik. Bu vəziyyət mənim üçün problem olmadı”.