Manchester United-in yarımmüdafiəçisi Pol Poqba yayda klubdan ayrılan Kriştiano Ronaldodan danışıb. 

Minval.info xəbər verir ki, futbolçu transferdə Juventus-un qazandığını deyib. “Ronaldo kimi bir hücumçunu əldə etmək istənilən klubun arzusudur. Bu keçiddən qazanan tərəf Yuventus oldu. Səmimi deyirəm.

Messi , Ronaldo və Neymar futbol dahisidir. Onlarla eyni klubda oynamaq futboldan zövq almaq deməkdir. Kriştiano Yuventus-da xoşbəxtdir. Onun üçün qol vurmaq su içmək kimidir”,- Poqba deyib.

Minval.info