Dünya çempionatından sonra “Real”dan ayrılacağı bildirilən Kriştianu Ronaldonun adı sabiq komandası “Mançester Yunayted”lə hallanır.

“Qafqazinfo” xəbər verir ki, baş məşqçi Joze Mourinyonun israrla Ronaldonu heyətdə görmək istədiyi bildirilir.

“Daily Star” nəşri Mourinyonun Pol Poqbanın Ronaldonun transferində “Real”a təklif edilməsinə razılıq verdiyini yazıb. Hazırda “Mançester Yunayted”in “Real”a 132 milyon avro + Poqba təklifini etməyə hazırlaşdığı qeyd edilir.

Xatırladaq ki, 33 yaşlı Ronaldo “Real”la 2021-ci ildə bitəcək müqaviləsini daha 3 uzatmaq üçün illik 80 milyon avro maaş tələb edib. “Real” rəhbərliyi isə bu şərtə müsbət yanaşmayıb. O, hazırda illik 21 milyon avro maaş alır.

Minval.info