“Mançester Yunayted” “Real”dan ayrılacağı deyilən Kristiano Ronaldonun transferi üçün hərəkətə keçib.

Fanat.Az xəbər verir ki, İngiltərə klubu İspaniya təmsilçisinə təklif göndərməyə hazırlaşır. “Daily Star” qəzetinin məlumatına görə, “qırmızı şeytanlar” portuqaliyalı ulduz üçün “Real”a Paul Poqbanı və əlavə 132 milyon avro təklif edəcək. “Mançester Yunayted” Poqbanı “Yuventus”dan 105 milyon avroya almışdı.

Qeyd edək ki, Ronaldo 2009-cu ildə “Mançester Yunayted”dən “Real”a 94 milyon avroya transfer olunmuşdu.