“Real Madrid” Çempionlar Liqasının finalında Liverpool-u 3:1 hesabıyla məğlub edib. Ronaldo həlledici oyunda fərqlənə bilməsə də, turnirin mövsümdə ən yaxşı bombardiri olub.

Minval.info goal.az-a istinadən xəbər verir ki, matçdan sonrakı açıqlamasında portuqaliyalı ulduz Real-dan gedəcəyinə işarə vurub.

“Mənə Real-da çox yaxşı idi. Yaxın günlərdə azarkeşlərə cavab verəcəm. Onların dəstəyini həmişə hiss etmişəm. Biz tarix yazdıq, indi həzz almaq vaxtıdır. Yeni futbolçuların kim olacağı vacib deyil. İndi qələbəni qeyd etmək lazımdır. Sonra istirahət edib nə olacağına baxarıq”.