Kriştiano Ronaldonun transferi ilə bağlı daha bir iddia yayılıb.

Minval.info Türkiyə mediasına istinadən xəbər verir ki, “Real”ın portuqaliyalı ulduzunun “Yuventus”a keçə biləcəyi iddia olunub.

Bu futbolçunun agenti Jorje Mendeşin 11 illik düşmənçilikdən sonra Turin klubunun rəhbərliyi ilə barışmasından sonra mümkün ola bilər. Menecer bu həftə Joau Kanselunun “Valensiya”dan “Yuventus”a keçidini təşkil edib.

Həmçinin, Turin klubu “Latsio”dan Sergey Milinkoviç-Saviçi transfer etmək istəyir. Roma klubu serb futbolçuya 120 milyon avro qiymət qoyub. “Yuventus” onun transferindən imtina edə və bu məbləği Ronaldonun keçidinə sərf edə bilər.