“Real Madrid”-in” ulduzu Kriştiano Ronaldo 2 illik 200 milyon avro təklif edən Çin klubuna rədd cavabı verib.

Minval.info xarici KİV-ə istinadən xəbər verir ki, transfer gündəminin ən çox adı hallanan oyunçusu olan Ronaldonu “Yuventus”un da almaq istədiyi deyilir. Bu arada isə Çin futbolçuya 2 illik müqavilə və illik 100 milyon avro təklif edib.

 Ancaq Kriştiano Avropadan ayrılmaq istəmədiyi üçün bu təklifi qəbul etməyib.