Ərindən boşanan məşhur model yeni sevgilisi ilə

Braziliyalı model Alessandra Ambrosio iş adamı Ceymi Mazurdan boşandıqdan 5 ay sonra yeni sevgilisi ilə dodaq-dodağa görüntülənib.

“Ölkə.Az” xəbər verir ki, 37 yaşlı model həm də iki uşaq anasıdır.

O, Ceymi ilə 10 il nişanlı qalıb. Cütlük mart ayında boşanıb.

Boşanmadan 5 ay sonra Alessandranın yeni sevgilisi ilə fotoları üzə çıxıb.

Gözəl model “Alanui” şirkətinin sahibi italyan Nikolo Oddi ilə ABŞ-ın Los-Anceles şəhərinin küçələrində öpüşərkən kamerala tuş gəlib.