Türkiyəli sosial media fenomeni Reynmen sonuncu mahnısı “Ela”nın “Youtube”dakı baxış saylarına inanmayan müğənniləri məhkəməyə verir.

“Minval.info” xəbər verir ki, onun məhkəməyə verdiyi ifaçılar Demet Akalın, Işın Karaca və Aleyna Tilkidir.

İlk 10 dəqiqədə 400 min, 1 saatda 3 milyon izlənən mahnı 1 həftə ərzində isə 48 milyon baxış sayı toplayıb.

Reynmen hər üç məşhurdan 1 lirə mənəvi təzminat istəyir.